...

“ASG Helicopter Services” şirkətinin xüsusi avadanlıqla təchiz edilmiş helikopteri vasitəsilə ilk dəfə Formula 1 tədbirinin çəkilişi aparılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 İyun 2022 09:33 (UTC +04:00)
“ASG Helicopter Services” şirkətinin xüsusi avadanlıqla təchiz edilmiş helikopteri vasitəsilə ilk dəfə Formula 1 tədbirinin çəkilişi aparılıb (FOTO/VİDEO)

Bakı. Trend:

10-12 iyun tarixlərində Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin peşəkar aeroçəkilişi üçün ilk dəfə olaraq “ASG Helicopter Services” kommersiya aviaşirkətinin müasir “Agusta Westland AW109SP” helikopteri cəlb edilib.

“ASG Helicopter Services” şirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, helikopterin bu növü yüksək keyfiyyətli aeroçəkilişin həyata keçirilməsi üçün ixtisaslaşdırılmış foto və video avadanlıqlarla təchiz edilib.

Burada həmçinin istənilən hava və işıqlandırma şəraitində istifadə etməyə imkan verən peyk naviqasiyası sistemi quraşdırılmışdır.

Formula 1 tədbirinin çəkiliş qrupu helikopterin texniki imkanları, eləcə də müasir aeroçəkiliş avadanlığı sayəsində sürətli yarış avtomobillərinin çəkilişlərini uğurla həyata keçirib. Helikopterdə quraşdırılmış kameranın idarəetmə paneli vasitəsilə yarışın bütün görüntüləri real vaxt rejimində Formula 1-in canlı efirində yayımlanıb.

Aeroçəkiliş həmçinin Formula 1 ekspertlərinə yarış zamanı müxtəlif vəziyyətlərin və ya hadisələrin qiymətləndirilməsi və təhlilində əhəmiyyətli yardım göstərib.

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin peşəkar aeroçəkilişini aşağıdakı keçid vasitəsilə videoçarxda izləmək mümkündür:

Qeyd etməliyik ki, aviaşirkət kiçik aviasiyada çoxillik iş təcrübəsinə malikdir. ASG Helicopter Services Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir.

Aviaşirkətin helikopterlərinin köməyi ilə birinci Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, FİFA-nın futbol oyunlarının, “Tour de Azerbaijan” velosiped yarışının aeroçəkilişləri həyata keçirilmişdir.

Aviaşirkətin Zabrat hava limanında yerləşən hava gəmiləri parkı Air Ambulance avadanlığı ilə təchiz edilmiş Agusta Westland AW-139, həmçinin Sikorsky S-92A, Leonardo Helicopters AW139, AW109SP, MI-8 AMT, Airbus Helicopters AS-332L1, Airbus Helicopters EC-155B1 helikopterlərindən, həmçinin Cessna 172S təyyarələrindən ibarətdir.

ASG Helicopter Services şirkətinin işçi heyəti hər zaman sifarişçinin istəklərini maksimal dəqiqliklə, onun zamanı və vəsaitinin minimal sərfi ilə yerinə yetirməyə hazırdır. Aviaşirkət təhlükəsizlik, perspektiv və uzunmüddətli əməkdaşlığı prioritet tutaraq, keyfiyyətli xidmət göstərməkdən məmnundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti