...

Dünyaşöhrətli alimə ADNSU-nun Fəxri doktoru diplomu təqdim olunub (FOTO)

Cəmiyyət Materials 14 İyun 2022 18:28 (UTC +04:00)
Dünyaşöhrətli alimə ADNSU-nun Fəxri doktoru diplomu təqdim olunub (FOTO)

Bakı. Trend:

İyunun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbədənkənar iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı Elmi Şuranın növbədənkənar islasının keçirilməsində məqsədin dünya şöhrətli kanadalı professor Witold Pedryczə ADNSU-nun Fəxri doktoru adının verilməsi olduğunu deyib.
Rektor, professor Mustafa Babanlı öncə professor Witold Pedryczi iclas iştirakçılarına təqdim edib. Alimin universitetlə sıx əlaqələrinin olduğunu, ona ADNSU-nun Fəxri doktoru adının Elmi Şurasının qərarı ilə verildiyini xatırladıb.

ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova iclas iştirakçılarına kanadalı alimin həyat və fəaliyyəti, təhsili, elmi istiqamətləri, elmə verdiyi töhfələr haqqında ətraflı məlumat verib. Witold Pedryczin yüksək indexli jurnallarda dərc olunan elmi məqalələrinin, ona olunan istinadların kifayət qədər çox olduğu, dünyanın 50-dən çox universitetinin fəxri professoru olduğu diqqətə çatdırılıb.

Sonra rektor, professor Mustafa Babanlı ADNSU-nun Fəxri doktoru diplomunu qonağa təqdim edib.

Professor Witold Pedrycz çıxışında Azərbaycanda, o cünmlədən ADNSU-da olmaqdan məmnun olduğunu deyib və ona göstərilən etiramada görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib. Təqdimatla çıxış edən qonaq ADNSU-nun rektoru, professor Mustafa Babanlının “World Scientific” nəşriyyatı tərəfindən dərc olunan “Fuzzy-logic based material selection and synthesis” kitabı, həmçinin ADNSU-nun BA proqramlarının direktoru, texnika elmləri doktoru, professor Rafiq Əliyevin elmi məqalləri ilə yaxından tanış olduğunu, oradakı elmi istiqamətlərin, əldə olunan nəticələrin təqdirəlayiq olduğunu bildirib. Professor çıxışı zamanı elmdə uğur əldə etməyin yollarından, texnoloji yeniliklərin, eyni zamanda süni zəka, qeyri-səlis modellşdirmə və qranulyar hesablamaların elmə tətbiqinin önəmindən danışıb. Sonda fəxri doktor Elmi Şura üzvlərinin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti