...

Bakı Şəhər Probasiya İdarəsində uşaq məhkumlarla maarifləndirmə tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 21 İyun 2022 12:41 (UTC +04:00)
Bakı Şəhər Probasiya İdarəsində uşaq məhkumlarla maarifləndirmə tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Probasiya İdarəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar tətbiq edilmiş yetkinlik yaşına çatmayan 21 məhkumla maarifləndirmə tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə narkomaniyanın acı nəticələrinin əyani şəkildə göstərilməsi məqsədilə film nümayiş etdirilib.

Qeyd olunub ki, Respublika Narkoloji Mərkəzin həkim narkoloqunun, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin psixoloqlarının və valideynlərin iştirakları ilə yetkinlik yaşına çatmayan məhkumların peşəyönümlü ixtisaslara yönləndirilməsi, onlar tərəfindən törədilə biləcək hüquq pozuntularının qarşısının alınması, narkomaniyanın acı nəticələrinə dair maarifləndirmə tədbiri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti