...

Hindistanın Azərbaycandakı səfirliyində Beynəlxalq Yoqa Günü çərçivəsində tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 21 İyun 2022 18:45 (UTC +04:00)
Hindistanın Azərbaycandakı səfirliyində Beynəlxalq Yoqa Günü çərçivəsində tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Hindistanın Azərbaycandakı səfirliyində Beynəlxalq Yoqa Günü çərçivəsində tədbir keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanda Beynəlxalq Yoqa Günü çərçivəsində tədbirlər səkkizinci dəfə keçirilir.

Hindistan səfiri Bavitlunq Vanlalvavna iştirakçılara təşəkkürünü bildirib.

"Yoqanın vaxt keçdikcə bütün dünyada, o cümlədən, Azərbaycanda daha da populyarlaşmasını görmək xoşdur. Ümid edirəm ki, Azərbaycanda bu tendensiya davam edəcək", - deyə səfir bildirib.

O vurğulayıb ki, Beynəlxalq Yoqa Günü çərçivəsində səfirlik tərəfindən bütün Azərbaycanda yoqa sessiyaları təşkil olunur, bu cür sessiyalardan biri artıq Lənkəranda baş tutub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti