...

Bu şəxslər 1000 manat cərimə olunacaq

Cəmiyyət Materials 22 İyun 2022 12:52 (UTC +04:00)
Bu şəxslər 1000 manat cərimə olunacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcək.

Dəyişikliklər müzakitələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti