...

Azərbaycanda dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur - Aparat rəhbəri

Cəmiyyət Materials 23 İyun 2022 12:05 (UTC +04:00)
Azərbaycanda dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur - Aparat rəhbəri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur. Keçmişə əsaslanan dövlət-din münasibəti modeli bugünkü reallıqları nəzərə alaraq məhz gələcəyə yönəlmiş modeldir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov deyib.

O qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri özünün unikallığı ilə dünyada örnəkdir.

“Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi ilk növbədə dinlə bağlı siyasətin sağlam, düzgün istiqamətdə aparılmasıdır. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısının nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri təkmilləşməkdə və möhkəmlənməkdədir. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər və tendensiyalar nəzarətdədir.

Dini-ideoloji təbliğat sahəsində maarifləndirmə işlərinin əhatə sferasının daha da artırılması, milli-mənəvi dəyərlərin təbliği və təşviqi istiqamətində işlərin davam etdirilməsi, ölkədəki mövcud dini konfessiyalararası münasibətlərin, multikultural və tolerant mühitin qorunub saxlanılması, eləcə də beynəlxalq əlaqələr sahəsində fəaliyyətin genişləndirilməsi prioritetlər sırasındadır. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var”, - deyə A.Cavadov vurğulayıb.

O qeyd edib ki, məhz görülmüş işlər və atılmış addımlar sayəsində Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus nümunəsi formalaşıb. “Bu nümunə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində daim təkmilləşdirilir və inkişaf etdirilir”, - deyə A.Cavadov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti