Bakı. Trend:
Dünya ictimaiyyəti ərzaq qıtlığı ilə üz-üzədir, iqlim dəyişikliklərinin təzahürləri özünü göstərir. Lakin Azərbaycan ərzaq qıtlığı ilə üz-üzə deyil.
Trend xəbər verir ki, bunu AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda müşahidə olunan iqlim dəyişikliyinin 150 il ərzində nəticəsini göstərəcəyi gözlənilir. Buna xüsusi hazırlıq lazımdır və bunun üçün də ilk növbədə ərzaq ehtiyatı artırılmalıdır.
"10 il bundan əvvəl 1 milyard 300 milyon insan qıtlıqdan əziyyət çəkirdisə, son illərdə bu rəqəm xeyli azalıb. Belə ki, hazırda 850-900 milyon ətrafında insan qıtlıqdan əziyyət çəkir".
Şöbə müdiri, həmçinin bildirib ki, yoluxucu xəstəliklərin 60 faizi heyvan mənşəlidir: "Bioloji silah kimi istifadə olunan törədicilərin 82 faizini heyvan mənşəli olanlar təşkil edir. Ət və süd məhsulları xəstlikyayma baxımından əlverişli vasitədir".