Bakı. Trend:
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, ölən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 793 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 368 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.
Ölkədə son sutka ərzində 3 057, hazırkı dövrədək isə 6 964 085 test aparılıb.