...

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Cəmiyyət Materials 1 İyul 2022 13:08 (UTC +04:00)
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:

1. Binəqədi şosesində, əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqaməti sıxlıq

2. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı – əsas və kənar yol da daxil olmaqla, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqaməti sıxlıq

3. 28 May küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsi sıxlıq

4. Dilarə Əliyeva küçəsində, Puşkin küçəsi ilə kəsişmədən, Azadlıq prospekti ilə kəsişməyə qədər, Rəşid Behbudov küçəsi istiqaməti sıxlıq

5. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi istiqaməti sıxlıq

6. Heydər Əliyev prospektində Koroğlu metro stansiyası istiqamətindən, Bağırov körpüsünün aşağı hissəsindən keçməklə - kənar yolda, şəhər istiqamətində, Heydər Əliyev Mərkəzinin qarşısına doğru sıxlıq

7. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti