...

"Badamlı75" lotereyasının 2-ci tirajının qaliblərinə hədiyyələr təqdim edilib (R) (FOTO/VİDEO)

Cəmiyyət Materials 2 İyul 2022 19:00 (UTC +04:00)
"Badamlı75" lotereyasının 2-ci tirajının qaliblərinə hədiyyələr təqdim edilib (R) (FOTO/VİDEO)

Bakı. Trend:

“Badamlı mineral sular” MMC-nin 75 illik yubileyi münasibətilə təşkil etdiyi “Badamlı 75” tirajlı stimullaşdırıcı lotereyanın ilk mərhələsinin ikinci tirajının qalibləri 26.06.2022 –ci il tarixində müəyyən olundu.

“Badamlı”nın rəsmi "Facebook", “YouTube” və "Instagram" səhifələrinin canlı efirində baş tutan lotereyada uğurlu qeydiyyatdan keçmiş kodlar arasından 23 kod, yəni 23 iştirakçı bir-birindən dəyərli hədiyyələr qazanıb.

Beləki, ikinci tirajda lotereya iştirakçıları lotereya çərçivəsində 7 ədəd iPhone 13, 7 ədəd Samsung Galaxy S21, 3 ədəd HP notbuk, 3 ədəd JBL qulaqlıq, 3 ədəd Elektrikli skuter qazanıblar.

Qalib kodların sahibləri Bakı şəhəri, Tərtər rayonu və Naxçıvan MR-nın Naxçıvan şəhəri, Şahbuz, Ordubad, Culfa, Babək rayonlarından qeydiyyatdan keçmiş iştirakçılar olublar. Azərbaycanın ilk milli su markası olan “Badamlı” istehlakçıları üçün tirajlı stimullaşdırıcı lotereyasında qalib kodların sahibləri canlı yayımda lotereyanın uduş fondundan dəyərli hədiyyələr qazanan kodların özlərinə aid olduğunu gördükdə keçirdikləri hisslərin əvəzsiz olduğunu və yaşadıqları bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Şirkət əməkdaşları “Badamlı”nın tirajlı stimullaşdırıcı lotereyasında çoxlu sayda mobil avadanlıqlar və digər dəyərli hədiyyələr qazanan qalib kodların sahiblərinə Badamlının Bakıda və Naxçıvanda yerləşən ofislərində 30 iyun 2022-ci il tarixdən etibarən hədiyyələri təqdim etməyə başlayıblar. Həmçinin Naxçıvanda qaliblər Badamlı sularının zavodunu gəzərək, istehsal prosesi ilə də yaxından tanış olublar.

2022 –ci il 1 may – 25 dekabr tarixləri arasında keçiriləcək tirajlı stimullaşdırıcı lotereyada “Badamlı”nın qazlı və qazsız məhsullarını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz.

Qeyd edək ki, hər ay keçiriləcək "Badamlı" stimullaşdırıcı tirajlı lotereyası iki mərhələdən ibarətdir. Birinci mərhələdə müxtəlif dəyərli hədiyyələr, ikinci mərhələdə isə avtomobil oynanılır. Lotereyada iştirak etmək üçün “Badamlı” sularının qapaqlarının altındakı və ya evlərə sifariş zamanı onlara təqdim olunan kuponların arxasında olan 9 rəqəmli kodu 75il.badamli.az saytında, həmçinin (055) 575-1947 vatsap nömrəsində qeydiyyatdan keçərək lotereyada iştirak etmək hüququ qazanır. Hər bir iştirakçı lotereyada qalib olmaq üçün iki şans qazanır: Birinci dəfə qeydiyyatdan keçdiyi tiraj zamanı və ikinci dəfə isə avtomobilin oynanıldığı lotereya zamanı. Lotereya iştirakçılarından kodların olduğu qapaq və kuponları atmamaq xahiş olunur. Qalib olduqları zaman onlar iştirakçılar tərəfindən mütləq şəkildə “Badamlı” şirkətinə təqdim olunmalıdır.

Xatırladaq ki, stimullaşdırıcı lotereyanın üçüncü tirajını 2022-ci il 31 iyul tarixində "Badamlı”nın İnstagramda @badamli1947 hesabından, Facebook və YouTube kanalı üzərindən canlı yayım vasitəsilə izləyə bilərsiniz.

Lotereyanın nəticələri canlı yayımda, kütləvi informasiya vasitələrində, sosial media platformalarında və 75il.badamli.az saytında elan ediləcək.

Qeyd edək ki, lotereya 1 may-25 dekabr 2022–ci il tarixləri arasında hər ay keçiriləcək və lotereyada ümumilikdə 226 uduş oynanılır.

75 ədəd – iPhone 13

75 ədəd – Samsung Galaxy S21

25 ədəd – HP Notbuk

25 ədəd – SEGWAY: Elektrikli Skuter

25 ədəd – JBL T510BT qulaqlıq

1 ədəd – BESTUNE T99 minik avtomobili

Daha çox Badamlı, daha çox şans!

Xəbər lenti

Xəbər lenti