...

DYP istirahət günləri ilə əlaqədar sürücülərə müraciət edib

Cəmiyyət Materials 10 İyul 2022 17:10 (UTC +04:00)
DYP istirahət günləri ilə əlaqədar sürücülərə müraciət edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qurban bayramı ilə əlaqədar nəzərdə tutulmuş istirahət günlərində, eləcə də havaların isti keçməsi ilə əlaqədar vətəndaşlara yol hərəkəti qaydalarına ciddi riayət etmələrini bir daha tövsiyə edirik.

Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, xüsusilə dəniz kənarında istirahət edən şəxslər yolun hərəkət istiqamətində avtomobil saxlamasınlar:

"Xüsusilə sürət həddi yüksək olan yollarda - Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Səbail və Abşeron rayonlarının ərazisində yol kənarında ümumi istifadədə olan yollarda maneələr yaratmasınlar. Hər hansı istehlak ehtiyaclarını ödəmək məqsədilə yol kənarında yerləşən iaşə obyektlərinin, ticarət müəssisələrinin kənarında dayanma-durma qaydalarının tələblərini pozmamağa çağırırıq. Bu cür davranışlar digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Hər kəsə qaydalara düzgün riayət etməli olduqlarını bir daha xatırlatmaq istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti