Bakı. Trend:
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 168 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 443, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 303, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 227 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 789 842, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 361 284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 073, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 321 239, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 251 246 nəfər təşkil edir.