...

AQTİ Gəncədə fəaliyyət göstərəcək laboratoriya üçün vakansiya elan edir

Cəmiyyət Materials 18 İyul 2022 17:11 (UTC +04:00)
AQTİ Gəncədə fəaliyyət göstərəcək laboratoriya üçün vakansiya elan edir

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) peşəkar kadrları Gəncə şəhərində fəaliyyət göstərəcək regional sınaq laboratoriyasında işə dəvət edir. Hazırda laboratoriya müdiri, kimyaçı və mikrobioloq vəzifələri üzrə vakant yerlər mövcuddur.

Laboratoriya müdiri vəzifəsini tutmaq istəyən namizədlər müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, AZS ISO/IEC 17025 standartının şərtlərini, əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində tətbiq olunan qanun və digər normativ hüquqi aktları bilməlidirlər. Laboratoriya sahəsində ən az 3 il iş təcrübəsi arzuolunandır.

Kimyaçı vəzifəsində çalışmaq istəyən namizədlər müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, kimya sahəsində müasir laboratoriya metodlarını, laboratoriya avadanlıqları ilə işləməyi, onların kalibrasiyasını və minimum texniki qulluq tələblərini, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməlidirlər. Bu vəzifə üzrə birillik iş təcrübəsi arzuolunandır.

Mikrobioloq vəzifəsini tutmaq istəyən namizədlər müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, müasir laboratoriya metodlarını, laboratoriya avadanlıqları ilə işləməyi, onların kalibrasiyasını və minimum texniki qulluq tələblərini, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməlidirlər. Bu vəzifə üzrə birillik iş təcrübəsi arzuolunandır.

Bundan başqa, hər üç vəzifəyə qəbul üçün müraciət edənlərdən dəqiqlik, diqqətlilik, planlama, məntiqi və analitik düşünmə qabiliyyəti, komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq tələb olunur.

Namizədlərdən CV-lərini mövzu yerinə "Gəncə" yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edildikdən sonra müsahibəyə dəvət olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti