...

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 20 İyul 2022 14:41 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti dəfə vətəndaşların fərdi qaydada qəbulıunu keçirib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər iş və mənzillə təmin olunma, torpaq sahəsinin sənədləşdirilməsi, içməli və suvarma suyu ilə təchizat, elektrik təsərrüfatının yenilənməsi, rabitə, internet və digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti