...

AQTİ laboratoriyaları növbəti uğurlu nəticə əldə edib (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2022 15:24 (UTC +04:00)
AQTİ laboratoriyaları növbəti uğurlu nəticə əldə edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Eləcə də aparılan müayinələrin müasir tələblərə uyğunlaşdırılması məqsədilə laboratoriyaların beynəlxalq səriştəlilik (Proficiency test) sınaqlarında iştirakı təmin edilir.

Belə tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasının Quba, Qax, Sabirabad, Bərdə regional bölmələri, eyni zamanda Tovuz, Göygöl, Lənkəran regional sınaq laboratoriyaları Vetqas APHA Scientific şirkətinin təşkil etdiyi bruselyoz xəstəliyi üzrə laboratoriyalararası beynəlxalq səriştəlilik testində uğurlu nəticə əldə edib.

Qeyd edək ki, beynəxalq səriştəlilik testi - laboratoriyaların fəaliyyət istiqamətlərinin dəyərləndirilməsi zamanı milli və ya beynəlxalq qiymətləndirmə meyarı kimi böyük əhəmiyyət daşıyır, sınaq-analiz nəticələrinin düzgünlüyünün və etibarlılığının obyektiv qiymətləndirilməsini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti