...

Məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib

Cəmiyyət Materials 11 Avqust 2022 15:43 (UTC +04:00)
Məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün tədris (məşğələ) planı təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə Elm və təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Firudin Qurbanov əmr imzalayıb.

Qeyd edək ki avqustun 5-də saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılıb. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti