...

Son 4 dörd ildə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub

Cəmiyyət Materials 15 Avqust 2022 15:12 (UTC +04:00)
Son 4 dörd ildə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət başçısının tapşırığına əsasən son illər sosial ödənişlərin ciddi şəkildə artırılması ilə bərabər, yeni sosial ödəniş növləri də təsis olunmaqla sosial təminat sisteminin əhatə dairəsi xeyli genişləndirilib.

Əmək və Əhaliinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ildə müharibə veteranlarına, birinci dərəcə əlilliyi olanlara qulluq edənlərə, əlilliyi olan 18 yaşadək uşaqlara qulluq edənlərə, Prezidentin aylıq təqaüdü təsis olunub.

2021-ci ildə daha bir sıra yeni sosial ödənişlərin - Vətən Müharibəsi Qəhrəmanlarına (onlardan vəfat edənlərin ailə üzvlərinə), İşləməyən pensiyaçı elmlər doktorlarına, İşləməyən pensiyaçı fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdünün, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslərə, sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə hər uşaq üçün aylıq müavinətin təyin edilməsinə başlanıb.

2022-ci ilin əvvəlindən isə Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdü təyin olunub. Həmçinin 2019-2020-ci illərdə 1997-ci il avqustun 2-dək olan dövr üzrə şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilib; Bu günlərdə isə Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təminatına başlanıb.

Qeyd olunanlar ölkəmizdə sosial təminat sisteminin gücləndirilməsində mühüm addımlar olmaqla xüsusilə həssas qruplara dövlət qayğısının daha da artmasına imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti