...

Bu ilin sonuna daha 20 yeni metro vaqonu Bakıya gətiriləcək

Cəmiyyət Materials 23 Avqust 2022 12:15 (UTC +04:00)
Bu ilin sonuna daha 20 yeni metro vaqonu Bakıya gətiriləcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metropoliteni Rusiyanın "Metrovaqonmaş" şirkətindən aldığı daha 20 vaqondan ibarət 4 qatar tərkibi bu il Bakıya gətiriləcək.

Trend-in məlumatına görə, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov deyib.

O bildirib ki, artıq adıçəkilən şirkət müqaviləyə uyğun olaraq qatarların istehsalına başlayıb.

"Bu ilin sentyabr ayında Bakı metropoliteninin nümayəndə heyəti istehsal olunan qatarlara baxış keçirmək üçün Ruaiyaya yola düşəcək. Qatarlara baxış keçiriləndə sonra həmin vaqonlar razılaşmaya uyğun olaraq Bakıya gətiriləcək. İlin sonuna qədər 20 vaqonun hamısı Bakıya gətiriləcək",- F.Əhmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti