Bakı. Trend:
Sabahdan oktyabrın 1-nə qədər "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin stansiyalarına giriş saat 23:30-da bağlanacaq.
Bu barədə Trend-ə qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, buna səbəb “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkil edilməsi ilə bağlı işə başlanılmasıdır. Odur ki, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında qatarların hərəkəti vaxtından əvvəl məhdudlaşdırılacaq.
Qeyd edək ki, Bakı Metropolitenində normal rejimdə stansiyalara giriş 00:00-da dayandırılır