Bakı. Trend:
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın dağlıq ərazilərindən başlayaraq bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Balakən-Şəki və Lənkəran-Astara zonasında leysan xarakterli
intensiv olub. Yağan leysan yağış nəticəsində Talaçaydan (Zaqatala)
sel keçib.
Lənkəranda 29.0 mm (aylıq normanın 49%-i), Astarada 24.0 mm (aylıq
normanın 48%-i), Zaqatalada 16.0 mm, Balakəndə 11.0 mm, Yardımlıda
10.0 mm, Vəlvələçay-Təngəaltıda 9.0 mm (Quba), Lerikdə 8.0 mm,
Əyriçay-Başdaşağılda (Oğuz) 7.0 mm, Qubada 5.0 mm, Sarıbaşda (Qax)
4.0 mm, Ləzədə 3.0 mm, Qusar, Kişçayda (Şəki) 2.0 mm, Şəki, Qəbələ,
Qobustan, İsmayıllı, Qrız, Oğuzda 1.0 mm, Abşeron Dəniz rayonunda:
Çilov adasında yağış yağıb.
Şimal-qərb küləyi Ağdam, Ağstafa, Salyan, Neftçala, Gəncədə 20 m/s,
Şirvanda 19 m/s, Naftalan, Tovuz, Tərtər, Beyləqanda 18 m/s,
Ceyrançöldə 17 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron
yarımadasında: Bakıda 28 m/s, Neft Daşlarında 21 m/s, Çilov
adasında 20 m/s, Ələtdə 19 m/s, Pirallahı, Binədə 18 m/s, Neft
Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 m
olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin
sentyabrın 8-dək davam edəcəyi gözlənilir.