...

Azərbaycanda 266 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Cəmiyyət Materials 11 Sentyabr 2022 18:54 (UTC +04:00)
Azərbaycanda 266 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 266 yeni yoluxma faktı qeydə alınıb, 459 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 629 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 379 aktiv xəstə var. Bu günə qədər 9 854 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 875, bu günə qədər isə ümumilikdə 7 193 925 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti