Bakı. Trend:
Paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 37 müntəzəm marşrut xətti üzrə 44 avtobusun hərəkət intervalında gecikmələr var.
Vahid Dispetçer Xidmətindən Trend-ə verilən məlumata görə, bu gün səhər pik saatlarında aşağıdakı küçə və prospektlərdə sıxlıq yaranıb:
1. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-8 dəqiqədir.
2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 10-13 dəqiqə gecikmə müşahidə olunur
3. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.
4. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.
5. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
6. Zabrat Şossesi - Maşdağa istiqamətində - Bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-8 dəqiqəyə gecikmə müşahidə olunur.
7. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 gecikmə müşahidə olunur.
8. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıqlar müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqəyə gecikmə müşahidə olunur.