...

Gələn il proqnozlaşdırılan təhsil və səhiyyə xərcləri məlum olub

Cəmiyyət Materials 15 Sentyabr 2022 19:17 (UTC +04:00)
Gələn il proqnozlaşdırılan təhsil və səhiyyə xərcləri məlum olub

Bakı. Trend:

Azərbaycanda 2023-cü il üçün təhsil və səhiyyə sahəsinə nə qədər vəsait xərclənəcəyi ilə bağlı proqnoz açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

Gələn il Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinin 4 403,8 milyon manat olması gözlənilir.

2022-ci il üçün bu vəsait 3 886,6 milyon manat olub.

Səhiyyə xərclərinə isə cari illə müqayisədə 11,5 faiz və ya 196,3 milyon manat çox vəsait proqnozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti