...

“Xəzər TV” 15 yaşını qeyd edir

Cəmiyyət Materials 5 Oktyabr 2022 14:04 (UTC +04:00)
“Xəzər TV” 15 yaşını qeyd edir

Bakı. Trend:

Azərbaycanın televiziya məkanında özünəməxsus və xüsusi yeri olan "Xəzər TV"nin efir həyatına başlamasından 15 il ötür.

2007-ci il oktyabrın 5-də fəaliyyətə başlayan "Xəzər TV"də bu müddət ərzində operativ xəbər buraxılışları ilə yanaşı, analitik, musiqili, əyləncəli və sənədli verilişlər yayımlanıb.Fəaliyyətə başladığı dövrdə maddi-texniki imkanlarının az olmasına baxmayaraq, zamanla peşəkar kollektivin, yaradıcı heyətin işgüzarlığı nəticəsində sevilən, rəğbət bəslənən bir telekanala çevrilib.

İldən-ilə telekanal müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf edib və bu proses hazırda da davam etməkdədir.

Trend Beynəlxalq İnformasiya Agentliyinin kollektivi adından "Xəzər TV"nin bütün əməkdaşlarını təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Xəbər lenti

Xəbər lenti