...

Sumqayıtda rüşvətə görə işdən çıxarılan direktor başqa vəzifədə çalışır

Cəmiyyət Materials 22 Oktyabr 2022 11:09 (UTC +04:00)

Bakı. Trend:

Müəllimlərdən rüşvət tələb etdiyi üçün vəzifəsindən azad edilən, Sumqayıt şəhər 32 saylı orta məktəbin sabiq direktoruna başqa vəzifədə çalışır.

Trend-in əldə etdiyi məlumata görə, sabiq direktor Esmira İbrahimova Sumqayıt şəhər üzrə təhsil şöbəsində metodist vəzifəsində işləyir.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna və ayrı-ayrı müəllimlərə səs ataraq hər müəllimdən 50 manat tələb etmişdi. Orta məktəbin təmiri bəhanəsi pul tələb edən direktor səs yazısında həmçinin müəllimləri əmək haqlarından da pul tutulacağı ilə də hədələmişdi.Səs yazısı yayılandan sonra məsələ ilə bağlı araşdırmalar aparılmış və direktor vəzifəsindən azad edilmişdi.

Həmçinin faktla bağlı Baş Prokurorluqda da araşdırma başlanmışdı.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Esmira İbrahimova 08.05.2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışır. Məktəb direktorluğu fəaliyyətində və işində yol verdiyi nöqsanlara və xətalara görə tutduğu vəzifədən azad edilmişdir. Hal-hazırda AXRTİ-də metodist vəzifəsində çalışmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti