...

Bakı-Qazax yolunda subasmanı aradan qaldırmaq üçün texnika və canlı qüvvə cəlb olunub (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 Oktyabr 2022 11:55 (UTC +04:00)
Bakı-Qazax yolunda subasmanı aradan qaldırmaq üçün  texnika və canlı qüvvə cəlb olunub (FOTO/VİDEO)

Bakı. Trend:

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə, o cümlədən Bakı-Qazax avtomagistralında baş vermiş subasma halının qarşısının alınması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir.

Ümumilikdə FHN-dən 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət suçəkmə işlərinə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti