...

Yasamalda su borusu partlayıb, bəzi ərazilər susuz qalıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 Oktyabr 2022 08:58 (UTC +04:00)
Yasamalda su borusu partlayıb, bəzi ərazilər susuz qalıb (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, FHN-in müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.

XXX
08:58

"+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində bu gün səhər saatlarında qəza baş verib.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb. Qəza yerinə “Bakı Sukanal” və Yasamal Rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikaları cəlb olunub.

Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək.

XXX

08:38

Bakının Yasamal rayonunda su borusu partlayıb.

Trend çərşənbə günü xəbər verir ki, qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.

“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb.

Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb.

Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti