...

Sabahdan məktəbəhazırlıq qruplarında elektron yerdəyişmə prosesinə başlanılacaq

Cəmiyyət Materials 31 Oktyabr 2022 11:02 (UTC +04:00)
Sabahdan məktəbəhazırlıq qruplarında elektron yerdəyişmə prosesinə başlanılacaq

Bakı. Trend:

1 noyabr saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi prosesinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti