...

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının BMT-də təqdimatı baş tutub

Cəmiyyət Materials 5 Noyabr 2022 15:44 (UTC +04:00)
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının BMT-də təqdimatı baş tutub

Bakı. Trend:

Noyabrın 4-də Nyu-York şəhərində Azərbaycanın təşəbbüsü ilə BMT-nin baş qərargahında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) ilə bağlı məlumatlandırıcı brifinq keçirilib.

Brifinqdə QHGT-nin sədri Orduxan Qəhrəmanzadə Təşkilatın təsis olunması, missiyası və fəaliyyət planı ilə bağlı ətraflı məlumat verib, strateji inkişaf prioritetlərindən söz açıb.

O.Qəhrəmanzadə bir illik fəaliyyəti dövründə QHGT-nin beynəlxalq platformalarda təmsil olunması və müvafiq tədbirləri təşkil etməsi ilə yanaşı beynəlxalq və regional sıx əməkdaşlığın qurulması kimi əməli addımların atıldığını da tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Brifinq zamanı çıxış edən Cənubi Afrika, Misir, Belarusiya və Liviyanın nümayəndələri Azərbaycan Respublikasının QH-yə sədrliyi dövründə Gənclər Təşkilatının təsis olunmasını alqışlayıb, QHGT-nin fəaliyyətində uğurlar arzu edərək fəaliyyət planı və strateji prioritetlərlə bağlı təkliflərini irəli sürüblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Hərəkata sədrliyi dövründə irəli sürülən təşəbbüslərdən biri olan QH Gənclər Təşkilatının təsis olunması Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti