...

BSU-da “Vətənim Azərbaycandır” adlı konsert proqramı keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2022 17:33 (UTC +04:00)
BSU-da “Vətənim Azərbaycandır” adlı konsert proqramı keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 16-da Bakı Slavyan Universitetində (BSU) Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin üzvlərinin “Vətənim Azərbaycandır” adlı konsert proqramı keçirilib.

Xalq artisti Fidan Hacıyeva dahi Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı ilə konserti açıq elan edib. Konsertdə Vokal Musiqi Məktəbinin tələbələrinin ifasında Avropa klassik musiqisi, Azərbaycan bəstəkarlarının, o cümlədən Tofiq Quliyev, Fikrət Əmirov, Elza İbrahimova, Ramiz Mirişli və başqalarının əsərlərindən ibarət musiqi nömrələri, mahnılar, ariya və romanslar təqdim edilib.

Sonda xalq artisti Fidan Hacıyeva və Vokal Musiqi Məktəbinin tələbələri dünya şöhrətli Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti