...

Bakıdakı gimnastika arenası gözəl və genişdir - Qazaxıstandan olan gənc gimnast

Cəmiyyət Materials 25 Noyabr 2022 23:14 (UTC +04:00)
Bakıdakı gimnastika arenası gözəl və genişdir - Qazaxıstandan olan gənc gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıdakı gimnastika arenası gözəl və genişdir, yarış zalı böyükdür, məşq və çıxışlara hazırlıq üçün də geniş yer var.

Bunu cümə günü Trend-ə bədii gimnastika üzrə 1-ci "Ocaq" beynəlxalq kubokunun iştirakçısı, Qazaxıstandan olan gənc idmançı Raminə Axmetjanova deyib.

"Sabahdan "Ocaq" beynəlxalq kubokunda iştirakıma başlayacağam və bu gün tamaşaçı kimi çıxışların gedişini izləyirəm. Yarışlar maraqlı, möhtəşəm keçir, qarşıdakı günü səbirsizliklə gözləyirəm", - deyə gənc idmançı bildirib.

"Böyük gimnastların lentlə hazırladıqları kompozisiyalar xoşuma gəlir. Bununla belə, lent mürəkkəb gimnastika alətidir və onunla işləmək asan deyil”, - o əlavə edib.

Qeyd edək ki, 1-ci "Ocaq" beynəlxalq kuboku noyabrın 25-27-də keçiriləcək. 13 ölkənin nümayəndəsi "Ocaq" idman klubunun ilk beynəlxalq tədbrində qüvvələrini sınayır. Yarışlarda 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərdə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti