...

Yeni tikililərin yeni problemi - kommunal xərclər (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2022 10:00 (UTC +04:00)
Yeni tikililərin yeni problemi - kommunal xərclər (FOTO)

Bakı. Trend:

Bakı sürətlə köhnə görünüşündən yeni görünüşünə keçir. Körpülər, parklar və s. ilə yanaşı, yaşayış mənzilləri də hündürmərtəbəli göydələnlərlə əvəz olunur. Böyük binalar isə tələb etdiyi ödəmələrlə həyatımıza yeni xərc gətirib.

Əgər paytaxtda, yeni inşa edilmiş binada mənziliniz varsa, o zaman bilirsiniz ki, binanın kommunal ödənişləri üçün ən azı ayda bir dəfə qapınız döyüləcək. Binanın ümumi xərcləri (lift, mənzil kommunal xərcləri və s.) üçün bu məbləğdən istifadə olunur.

Yaşayış binalarının problemli sistemi

Yeni tikililərdə toplanan bu məbləğlərin adətən rəsmi hesabatı aparılmır. Belə demək mümkündürsə, köhnə üsulla qeydiyyata alınan ödəmələr üçün hər hansı çek təqdim olunmur və ya adətən sonradan kəsilir. Belə olan hallarda isə bina əməkdaşı çeki ya sonradan təqdim edir ya da ümumiyyətlə təqdim etmir. Bəzən isə ödənişi qəbul etdiyini unudan və çek təqdim etməyən əməkdaş bir ay ərzində ikinci dəfə pul üçün müraciət edir. Bəs bunun çarəsini necə tapmalı?

Sürətli, dəqiq, hesabatlı həll

Bina əməkdaşlarının köhnə sistemi ödəniş qəbuluna yeni nəfəs gətirin. Nağdsız ödənişlər dövründə bank kartına sahib olmayan insan demək olar ki, yoxdur. Belə olan halda həm ödəniş zamanını istənilən an görə biləcəksiniz, həm də hesabatlılıq üçün ay sonu xərclərinizi çıxarış edə biləcəksiniz. Əlbəttə bu üsulun da mənfi tərəfi var, köçürmə zamanı komissiya ödəməli olacaqsınız.

Əgər komissiya ödəmək istəmirsinizsə, PashaPay-in təqdim etdiyi m10 tətbiqi bunun üçün ən uğurlu üsullardan biridir. Pul köçürmələri zamanı komissiya tutulmur və bank kartına ehtiyac yoxdur. Etdiyiniz ödənişin qəbzini tətbiqdən yükləyə bilərsiniz.

Nağdsız ödəniş etdiyiniz halda dünyanın hansı hissəsində olmağınızın da fərqi olmayacaq, hər ayın müəyyən vaxtı gəldikdə tətbiq üzərindən ödənişinizi gerçəkləşdirə biləcəksiniz.

Yenilənən həyat standardlarını daha da yeniləyin, yeni binalarda köhnə sistemi siz dəyişin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti