...

Gömrük orqanları haqqında suallar süni intellekt əsasında cavablandırılır - Şahin Bağırov

Cəmiyyət Materials 13 Dekabr 2022 12:04 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bizdə "chatbot" sistemləri var ki, bunun vasitəsilə gömrük orqanları haqqında hər hansı sualı süni intellekt əsasında cavablandırılması prosesinə başlamışıq.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, vətəndaşlar gömrük qanunvericiliyi ilə bağlı hər hansı məlumat almaq istəyirlərsə, bunu tez bir zamanda bu sistem vasitəsi ilə ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti