...

Güclü duman səbəbindən Bakı-Naxçıvan təyyarəsi geri qayıdıb

Cəmiyyət Materials 17 Dekabr 2022 09:25 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti