...

ADPU-nun Fizika fakütəsində dekan seçkiləri keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2022 20:58 (UTC +04:00)
ADPU-nun Fizika fakütəsində dekan seçkiləri keçirilib (FOTO)

Bakı. Trend:

Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində dekan seçkiləri keçirilib.

Fakültənin 38 əməkdaşından 35-nin iştirak etdiyi seçkilərdə son dekan dosent Arzu Daşdəmirov və dosent Sultanəli Qurbanov dekanlığa namizədliyini irəli sürüblər.
Dekan seçkiləri ilə bağlı fakültənin ümumi iclasına sədrliyi Universitetin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, katibliyi isə Elmi katibliyin əməkdaşı Şəfa Əhmədova icra edib.

Ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, Tədris Departamentinin direktoru dosent Sənan Əliyev və İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, həmçinin universitet və fakültə ictimai təşkilatlarının nümayəndələri seçkidə müşahidəçi qismində iştirak ediblər.

Əvvəlcə açılış nitqi ilə çıxış edən dos. Eldar Aslanov bildirib ki, hər iki namizəd seçkilərə qədər fakültənin kafedralarında professor-müəllim heyəti ilə görüşlər keçirərək öz platformalarını ətraflı təqdim ediblər. Prorektor bildirib ki, qaydalara uyğun olaraq dekanlığa namizədlərin haqqında məlumat verilməli, platformalar dinlənməli və təqdimatlar ətrafında müzakirələrdən sonra fakültə kollektivi gizli səsvermə yolu ilə yeni dekanı seçməlidir. Bu prosedura uyğun olaraq dekan vəzifəsinə namizəd dos. Arzu Daşdəmirov çıxış edərək seçiləcəyi təqdirdə növbəti 5 illik üçün fakültədə icra olunacaq işlərlə bağlı platformasının əsas tezislərini təqdim edərək, bundan sonra da əsas diqqətin yeni təlim metodlarının və innovasiyaların inkişafına yönəldiləcəyini diqqətə çatdırıb. Digər namizəd dos. Sultanəli Qurbanov obyektiv səbəblərdən seçki iclasında iştirak etmədiyindən çıxışdan sonra müzakirələrə keçilib. Müzakirələrdə namizədlərin təqdim etdikləri platformalar ətrafında fikir mübadiləsi aparılıb, namizədlər haqqında rəylər dinlənilib.
Daha sonra gizli səsvermənin aparılması üçün fakültə əməkdaşlarından prof. Vaqif Nəsirov, b/m. Gülşən Musayeva və b/m. Ədalət Quliyevdən ibarət Hesablayıcı Komissiya formalaşdırılıb.

Gizli səsvermənin nəticələrinə əsasən, dos. Arzu Daşdəmirov növbəti 5 il üçün yenidən ADPU-nun Fizika fakültəsinin dekanı seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti