...

Bu il TƏBİB-in tibb müəssisələrində göstərilən xidmətin sayı açıqlanıb

Cəmiyyət Materials 20 Dekabr 2022 10:24 (UTC +04:00)
Bu il TƏBİB-in tibb müəssisələrində göstərilən xidmətin sayı açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 11 ayı ərzində TƏBİB-in tabeli tibb müəssisələrində 40 277 004 xidmət göstərilib.

Trend-in məlumatına gprə, bunu bu gün TƏBİB-in Tibbi statistika və analitika şöbəsinin müdiri Kamran Qasımov "TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, onun 33 888 773-ü ambulator, 6 388 231-i isə stasionar tibbi xidmətin payına düşüb: "Həkimə gəlişlərin sayı 7 214 551 təşkil edib. Tabeli tibb müəssisələrində 11 ayda 292320 əməliyyat icra olunub. Laborator xidmətlərin sayı 8 522 701 olub. Cari il ərzində TƏBİB-in tibb müəssisələrinə 12 440 tibb işçisi işə qəbul olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti