Bakı. Trend:
Aparıcı nəqliyyat platforması olmaq nə deməkdir? Müasir şirkət üçün bu, ilk növbədə innovativ olmaq, yeni həllər tapmaq, müştərilərə yeni istiqamətlər təklif etmək və hər kəsin sadəcə fikrində olanı ilk həyata keçirən olmaq deməkdir.
Azərbaycanda artıq uzun illərdir ki, uğurlu fəaliyyət aparan Bolt xidməti innovasiyaların bir çox sahələrdə insanların həyatını asanlaşdırdığının və yaxşılaşdırdığının bariz nümunəsidir. Belə ki, Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt və Şəki olmaqla, ölkənin yeddi şəhərində gündəlik həyatı proqram vasitəsilə gediş sifarişi, yemək və ərzaqların evə və ya ofisə çatdırılması imkanı olmadan təsəvvür etmək çətindir.
Meqapolisdə həyat illər getdikcə sürətlənir, bu isə o deməkdir ki, təhlükəsizliyə, xüsusilə hərəkət təhlükəsizliyinə qarşı tələblər də artır. Hətta yüksək sürücülük mədəniyyəti olan ölkədə, ənənəvi olaraq təhlükəsiz hesab olunan şəhərlərdə belə insan sərnişinin və sürücünün həyat və sağlamlığının daşıyıcı şirkət üçün göstərdiyi xidmətlərin keyfiyyəti qədər önəmli olduğunu, gözlənilməz hadisə baş verdiyi halda, onların mühafizəsini təmin edəcəyini bilmək istəyir. Bolt şirkəti istənilən fiziki və psixoloji zorakılığa qarşıdır.
Çoxdan görülən işlər arasında qeydiyyat zamanı sürücülərin
yoxlanılması alətlərinin hazırlanması, sınaqdan keçirilməsi və
sazlanması var. Axı Bolt şirkəti yalnız məsuliyyətli və
ixtisaslaşmış sürücülərlə əməkdaşlıq edir. Lakin avtomobil
sürücülərinin seçilməsi təhlükəsizliyin təmin olunması üçün heç də
yeganə üsul deyil. Aydın sığorta proqramı birmənalı olaraq şirkətin
sərnişinlərin həyat və sağlamlığının qeydinə qaldığını
göstərir.
Bolt – Azərbaycanda istifadəçilərin sığortalanması imkanını təqdim
edən yeganə gediş sifarişi xidmətidir. Bolt şirkəti "Pasha
Insurance" şirkəti ilə birlikdə ilk dəfə olaraq istifadəçiləri
maksimal dərəcədə mühafizə edən və yol-nəqliyyat hadisəsi zamanı
müalicə xərclərini qarşılayan proqramı hazırlayaraq, işə salıblar.
İndi hər səfər sığortalanır, istifadəçi, yəni sərnişin isə
sığortaya görə əlavə ödəniş etmir, gedişin dəyəri dəyişilməz olaraq
qalır.
Sığorta çox rahatdır və ilk baxışdan göründüyü qədər çətin xidmət deyil. Bolt ilə gediş zamanı yol-nəqliyyat hadisəsi baş verdiyi halda, sərnişin patrul polisini və təcili tibbi yardım xidmətini çağırmalı, sığorta hadisəsinin təsdiqlənməsi üçün sənədləri rəsmiləşdirməlidir. Bədbəxt hadisənin baş verməsi barədə *7000 nömrəsinə zəng edərək və ya https://www.pasha-insurance.az saytında dəstək xidmətinə müraciət edərək sığorta şirkətinə məlumat verilməlidir. Daha sonra sığorta şirkəti alınan zədələr və müalicə barədə sənəd tələb edəcək. Zərərçəkən şəxs həmin sənədləri kömək aldığı tibb müəssisəsindən almalıdır.
Təhlükəsizlik məsələsinə gələndə isə, avtomobil verildiyi andan sərnişin düşənədək gediş sifarişi xidmətindən əsas istifadə qaydalarını təkrar xatırlatmaq istəyərdik. Gedişdən əvvəl istifadəçilərə mütləq sürücünün fotoşəkili və adını, avtomobil markası, modeli və nömrəsini proqramda göstərilənlə müqayisə etməyi və bu məlumatları yoxlamadan avtomobilə oturmamağı məsləhət görürük. Sürücü yolda deyil, qeyd olunan yerdə gözləməlidir. Sürücünün avtomobili təhlükəsiz şəkildə saxlaya bilməsi üçün sizi gördüyündən əmin olmaq kifayətdir. Ağır yüklər baqajda (sürücü sizə yükü yerləşdirməyə kömək edəcək) daşınmalıdır. Yanınızda uşaq varsa, hərəkətə başlamazdan əvvəl avtokreslonun onun boyuna uyğun olduğundan və etibarlı şəkildə bərkidildiyindən əmin olun. Öz təhlükəsizliyiniz barədə də düşünün. Təhlükəsizlik kəmərini taxın və avtomobil təyinat yerində dayananadək onu çıxarmayın.
Share your ETA funksiyası Bolt proqramında olan, sərnişinlər üçün əlavə təhlükəsizlik səviyyəsidir. Hərəkətə başladıqdan sonra istifadəçi proqramı açaraq, “Gedişin təfərrüatlarını paylaş” funksiyasını aktiv etməlidir. Beləliklə, sərnişinin doğmaları avtomobilin hərəkətini real vaxt rejimində xəritədə izləyə, onun harada olduğunu görə və gəliş vaxtı barədə məlumat əldə edə bilər.
Gördüyünüz kimi, gediş sifarişi xidmətlərinin istifadəsi rahat olmaqla yanaşı, həm də təhlükəsizdir. Ümumilikdə xidməti və xüsusilə təhlükəsizliyin təminatını təkmilləşdirmək üçün şirkətə müştərilərindən əks əlaqə almaq vacibdir. Sürücülərin qiymətləndirmə və reytinq sistemi, digər sərnişinlərin rəyləri Bolt şirkətinin sənədləri şübhə doğurmayan sürücü ilə gələcəkdə əməkdaşlığına təsir edir. Məsələn, bu və ya digər sürücünün avtomobili idarəetmə tərzi istifadəçilərin bir çoxunun düşüncəsinə görə kifayət qədər təhlükəsiz olmadıqda və onlar bu xidməti aşağı qiymətləndirməklə öz münasibətlərini bildirdikdə, şirkət həmin sürücünün platformaya çıxışını qadağan edə bilər. Sürücülərin 95%-nin reytinqi 4,92 təşkil edir.
Xidmətdən istifadə zamanı yaranan istənilən problemə görə müştəri xidmətlərinə müraciət etmək mümkündür. Menecerlər müraciətləri operativ şəkildə cavablandırır, lazımi məlumatları verir və mübahisə məsələləri həll etməkdə kömək edir, axı onlarla Bolt proqramı vasitəsilə 24/7 əlaqə saxlamaq mümkündür. Xidmət istifadəçisi şirkətin mübahisəli vəziyyətdə hər zaman doğrunun və ədalətin tərəfində olacağından əmin ola bilər. Bolt hər zaman polislə əməkdaşlıq edir. Tələb olunduqda biz araşdırma üçün bütün lazımi məlumatları təqdim edirik.