...

“Norm” ASC-nin Ustalar Klubu layihəsi çərçivəsində usta övladları ilə görüş təşkil edilib (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2022 13:26 (UTC +04:00)
“Norm” ASC-nin Ustalar Klubu layihəsi çərçivəsində usta övladları ilə görüş təşkil edilib (FOTO)

Bakı. Trend:

Norm Ustalar Klubu layihəsi çərçivəsində klub üzvlərinin gənc övladları ilə xüsusi görüş təşkil edilib. “Tələbə sən, gələcək sən” şüarı altında keçirilən görüşdə bu il tələbə adı qazanmış usta övladları iştirak edib. Tədbir proqramına həm maarifləndirici təlim və çıxışlar, həm də əyləncəli oyunlar daxil edilib. Təlimlər gənclərin gələcəkdə karyera planlaşdırması, iş motivasiyası və şəxsi inkişafı ilə bağlı mövzuları əhatə edib və tədbirə dəvət olunan peşəkar təlimçilər tərəfindən keçilib. Tələbə gənclər bir-biri ilə ünsiyyət qurmaq və ixtisasları, eləcə də müzakirə olunan mövzular barəsində fikir mübadiləsi aparmaq imkanlarından yararlanıblar, sonda isə tədbirin onlar üçün öyrənmə mühiti formalaşdırdığını və faydalı məlumatlar əldə etmək üçün fürsət yaratdığını qeyd edərək, öz məmnuniyyətlərini dilə gətiriblər.

Qeyd edək ki, gənclərin təhsilinə və karyera inkişafına dəstək “Norm” ASC-nin qarşısında duran prioritet məsələlərdən biridir və şirkət bu istiqamətdə bütün imkanlarından istifadə edərək müxtəlif layihələr həyata keçirir.

“Norm” ASC Ustalar Klubu çərçivəsində inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişafına dəstək olmaqla yanaşı onların gənc övladlarını da daim diqqət mərkəzində saxlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti