...

“PAŞA Bank” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xeyriyyə tədbiri keçirib (VİDEO)

Cəmiyyət Materials 1 Yanvar 2023 14:46 (UTC +04:00)
“PAŞA Bank” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xeyriyyə tədbiri keçirib (VİDEO)

Bakı. Trend:

Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xeyriyyə tədbiri keçirib.

"Biz, həyata keçirdiyimiz hər təşəbbüs, hər layihə vasitəsilə məhz müsbət dəyişikliyə səbəb olmaq üçün çalışırıq.

Ənənəmizə sadiq qalaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xeyriyyə fəaliyyətimizi davam etdirərək Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert təşkil etdik. Tədbirin maraqlı məqamlarından biri Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsində yaşayan ahıllarla filarmoniyanın üzvləri olan uşaqların eyni səhnədə çıxış etməsi oldu.

Hər bir iştirakçı bu konsertin ulduzuna çevrilərək izləyicilərin rəğbətini qazandı. Konsertdən toplanan vəsait “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində olan sığınacağa ianə edildi.

Uşaqların təbəssümlərinin parlaq, ahılların həyat eşqinin daim yüksək olmasını arzulayırıq!", - deyə "PAŞA Bank"dan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti