...

Azərbaycanda 70 min manata gəmi satılıb - (FOTO)

Cəmiyyət Materials 6 Yanvar 2023 16:06 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 70 min manata gəmi satılıb.

Trend-in məlumatına görə, gəmi "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə məxsus olub.

İstehsal tarixi 1985-ci il olan "Şəfəq" gəmisi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 70.000 manata özəlləşdirilib.

Gəminin uzun müddət istismarsız olması, sərt dəniz mühitinin təsiri, xidmət edən mexanizmlərin aşınmaya məruz qalması, hazırkı texniki vəziyyətinin Beynəlxalq Dəniz Təşkilatının (İMO) tələblərinə uyğun gəlməməsi və göstərilən qüsurların bərpasına və gəminin əsaslı təmirinə həddən artıq maliyyə vəsaiti tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti