...

Qarabağa getmək və orada çəkiliş etmək mənim üçün çox qiymətli idi - Esra Gezginci (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Yanvar 2023 14:07 (UTC +04:00)
Qarabağa getmək və orada çəkiliş etmək mənim üçün çox qiymətli idi - Esra Gezginci (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"Əsrarəngiz Azərbaycan"ın yaranma səbəbi mənim "Əsrarəngiz İstanbul"la başlayan macəramın davamıdır. Çünki "Əsrarəngiz İstanbul"u ölkə xaricində də davam etdirmək istəyirdim.

Bunu Trend-ə müsahibəsində "Əsrarəngiz Azərbaycan" verlişinin təsisçisi və aparıcısı Esra Gezginci deyib.

O qeyd edib ki, ölkə xaricində ilk gedəcəyi yer təbii ki, qardaş ölkə Azərbaycan oldu: "Verlişimiz hər həftə bazar günü Türkiyənin "NTV" kanalında yayımlanır. Ümumilikdə, hər bölümü 40 dəqiqədən ibarət 10 bölüm var. Hər bölümdə fərqli macəra yaşayır, fərqli gözəlliklərə şahid oluruq. Azərbaycanın həm tarixi, həm də mədəniyyəti barədə danışırq. Mənə daha əvvəl belə bir veriliş olmadığını bildirdilər. Bu, məni çox xoşbəxt etdi. Çünki Türkiyə və Azərbaycan arasında olan münasibətdə artıq mənim də bir payım olduğunu bilmək məni çox xoşbəxt edir. Çəkilişlər Bakıda oldu və hər kəsin mənəvi dəstəyini aldım. Qarabağa getdiyimiz zaman çətin şəraitdə işlədik. Azad olunan ərazilər çox qiymətlidir. Bəzən azərbaycanlı dostlarım mənə deyir ki, biz evimizin yerini bilmirik, amma sən ora gedib bizə göstərirsən, bu, məni çox xoşbəxt edir".

E.Gezginci bildirib ki, yanvar ayından etibarən veriliş Azərbaycan kanallarında da yayımlanacaq.

Trend videomüsahibəni təqdim edir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti