...

Hazırda Bakıda sıfır dərəcəyə yaxın, rayonlarda isə 11 dərəcəyədək şaxta var

Cəmiyyət Materials 10 Yanvar 2023 16:44 (UTC +04:00)
Hazırda Bakıda sıfır dərəcəyə yaxın, rayonlarda isə 11 dərəcəyədək şaxta var

Bakı. Trend:

Ölkə ərazisində qarlı və dumanlı hava şəraiti davam edir.

Trend xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-da saat 16:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Şəki, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Cəfərxan, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Bakı, Maştağa, Binə, Neft Daşlarında zəif qar yağır. Digər rayonlarda isə yağıntıda qısa fasilə yaranıb.

Havanın temperaturu hal-hazırda Bakıda və Abşeron yarımadasında və aran rayonlarında 0°-yə yaxındır, dağlıq və dağətəyi rayonlarda isə 11°-dək şaxta müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti