Bakı. Trend:
20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin qəhrəmanlıq səlnaməsidir. Bu faciədən 33 il ötür.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Şəhidlər Xiybanını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad ediblər.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, əbədi məşəl kompleksinin önünə əklil qoyulub.