Bakı. Trend:
Yelo Bank 2022-ci ilin 4-cü rübü üzrə maliyyə nəticələrini
açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə ilin əvvəlindən
başlatdığı müsbət artım dinamikasını son rüb də davam etdirib. Belə
ki, Bankın aktivləri bir il ərzində 287 mln manat artaraq 821 mln
manatı keçib.
Bankın uzun müddətdir ki, kredit portfeli üzrə inkişafı uğurla
davam etdirilir. Ümumi portfel il ərzində 176 mln artaraq 622 mln
manata çatıb. Bankın missiyasına uyğun olaraq kredit portfelinin
mühüm qismini real sektorun maliyyələşməsi təşkil edir. 2022-ci il
ərzində Yelo Bank tərəfindən 19 mindən çox biznes krediti verilib
ki, nəticədə biznes kredit portfeli 137 mln, yəni 53% artaraq 396
mln manata yüksəlib.
Dördüncü rüb ərzində 5000-dən çox müştəriyə 46 mln manat istehlak
krediti verilib, nəticədə bu istiqamət üzrə kredit portfeli il
ərzində 22%, yəni 39,9 mln artımla 220 mln manatı ötüb. Bu satışın
30%-i, eləcə də portfel artımının 49%-i onlayn kanallar vasitəsilə
həyata keçirilib.
Bankın əmanət portfelində də nəzərə çarpan artım var. Bu isə Yelo
Banka olan inam və etibarın göstəricisidir. Belə ki, 2022-ci il
ərzində 10 mindən çox müştəri öz əmanətlərini Yelo Bank-a etibar
edib və nəticədə ümumi əmanət portfeli 62% artımla 572 mln manatı
ötüb. Cəlb olunan əmanətlərin arasında yeni müştərilərin sayının da
sürətlə artması Bankın həm xidmət keyfiyyəti, həm şərtlər
baxımından əlverişli olduğunu göstərir.
Eyni zamanda hesabat dövrü üzrə Bankın faiz gəlirləri 86 mln manat
olub. Bu isə 2021-ci il ilə müqayisədə 23 mln manat daha çoxdur.
Qeyd edək ki, Bank ili 5.2 mln manat xalis mənfəətlə başa
vurub.
Hesabat dövrünə Bank-ın məcmu kapitalı 93 mln manatı ötüb. Bu da
requlyativ tələbdən 43 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq
əmsalı 13.13%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə
7.84% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı
üstələyir.
Qeyd edək ki, 2022-ci il ərzində Yelo Bank xidmət şəbəkəsini
genişləndirib. Regionlarda bir neçə filial açılıb, mövcud filiallar
isə təkmilləşdirilib. Yeni istifadəyə verilən filialların
əksəriyyəti rəqəmsal konseptlidir. Belə konseptli filialların əsas
məqsədi bank əməliyyatlarını çevik və rahat şəkildə müştərilərə
təqdim etmək, həmçinin, nağdsız ödənişlərin stimullaşdırılmasına
töhfə verməkdir.
Bankın parlaq uğurları bununla bitmir. Nağdsız əməliyyatların
stimullaşdırılması istiqamətində Bank ötən il ərzində innovativ
yeniliklər və xidmətlər təqdim edib. Nəticədə 2022-ci ildə Bankın
nağdsız ödəmə dövriyyəsi ötən illə müqayisədə 70%-dək çoxalıb.
Müştəri rahatlığı üçün bir sıra rəqəmsal yeniliklər də gətirilib.
Məhz buna görə Markswebb konsaltinq agentliyi tərəfindən Mobile
Banking Day Baku konfransında 1000 kriteriya üzrə dəyərləndirilmiş
Yelo App ən rahat mobil tətbiq seçilib. Yelo Bank 2023-cü ildə də
bank sektoruna parlaq yeniliklər gətirməyə davam edəcək.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!