...

2023-cü ildən Azərbaycanda qız tələbələr üçün təqaüd proqramı genişləndiriləcək - Nazir

Cəmiyyət Materials 28 Yanvar 2023 16:11 (UTC +04:00)
2023-cü ildən Azərbaycanda qız tələbələr üçün təqaüd proqramı genişləndiriləcək - Nazir

Bakı. Trend:

2023-cü ildən Azərbaycanda qız tələbələr üçün təqaüd proqramı genişləndiriləcək.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev STEM festivalına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, burada söhbət təkcə dövlət deyil, həm də özəl təqaüdlərdən gedir.

"Beləliklə, məsələn, doktor Şəhla Qarayeva adına təqaüd var ki, onu hər il 30-40 tələbə alır. İnanıram ki, bu cür təqaüdlərin sayı daha da artacaq", - o əlavə edib.

Qeyd edək ki, STEM təhsildə təbiət elmləri ilə texniki biliklər sahəsində bütün sahələrin birləşdirildiyi və şagirdin bu bilikləri dərslikdən deyil, yaradıcı tapşırıqların həlli yolu ilə aldığı yeni yanaşmadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti