...

Orxan Əsgərovun dəfn mərasimində izdiham (FOTO/VİDEO)

Cəmiyyət Materials 30 Yanvar 2023 12:54 (UTC +04:00)
Orxan Əsgərovun dəfn mərasimində izdiham (FOTO/VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərov son mənzilə yola salınıb.

Trend-in məlumatına görə, dəfn mərasimində izdiham yaşanır, vətəndaşlar kütləvi şəkildə mərasimdə iştirak edir. Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, daxili işlər naziri Vilayət Eyvazov, millət vəkilləri və yüksək vəzifəli şəxslər də iştirak edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Orxan Əsgərovun nəşi dünən axşam saatlarında Bakıya gətirilib və bu gün II Şəhidlər Xiyabanında dəfn edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti