...

Gözdən əlilliyi olan şəxslər üçün Nərimanovda 132 mənzilli yaşayış binası istifadəyə verilib

Cəmiyyət Materials 7 Fevral 2023 09:30 (UTC +04:00)
Gözdən əlilliyi olan şəxslər üçün Nərimanovda 132 mənzilli yaşayış binası istifadəyə verilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə gözdən əlilliyi olan şəxslər üçün 132 mənzilli yaşayış binası istifadəyə verilib.

Bu barədə Trend-ə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

O qeyd edib ki, gözdən əlilliyi olan şəxslərin də sosial təminatı mütəmadi gücləndirilir, onların mənzillə təminatı həyata keçirilir.

"Son illərdə bu kateqoriyadan olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası tikilərək istifadə verilib. 2021-2022-ci illərdə isə gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 450-dən çox mənzil təqdim edilib və proses davam etdirilir", - deyə V. Behbudov əlavə edib.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüdün məbləği də gözdən əlilliyi olan şəxslər üçün digərləri ilə müqayisədə 61,5 faiz yüksəkdir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü də ödənilir. Həmçinin, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi olan, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən bu kateqoriyalardan olan görmə imkanları məhdud insanlar ödənişli əsaslarla təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti