...

Litva və Xorvatiya mütəxəssisləri ilə birgə onlayn ekspert müzakirəsi aparılıb

Cəmiyyət Materials 4 Fevral 2023 11:42 (UTC +04:00)
Litva və Xorvatiya mütəxəssisləri ilə birgə onlayn ekspert müzakirəsi aparılıb

Bakı. Trend:

Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının dəstəyi ilə 30 yanvar - 03 fevral 2023-cü il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə Litva və Xorvatiyadan olan mütəxəssislərin onlayn ekspert müzakirəsi aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müzakirə “Məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqının hesablanması qaydası və orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyənləşdirilməsi” mövzusunda olub.

Litvanın Sosial Müdafiə və Əmək Nazirliyinin şöbə müdiri Vita Baliukevičienė və Xorvatiyanın Əmək, Pensiya Sistemi, Ailə və Sosial Siyasət Nazirliyinin sektor müdiri Anita Zirdum müvafiq mövzuda Avropa təcrübəsini bölüşüblər. Bu mövzuda ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti