...

Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 632 nəfər peşə hazırlığına cəlb edilib

Cəmiyyət Materials 13 Fevral 2023 16:21 (UTC +04:00)
Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 632 nəfər peşə hazırlığına cəlb edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il daha 632 şəxs peşə hazırlığına cəlb olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 370 nəfəri Agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində, 262 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. Kurslarda dərzi, İT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinədar, mühasib, xalçaçı, insan resursları mütəxəssisi, elektrik aparat və cihazlarının sazlayıcısı və s. peşələr öyrədilir.

Kurs müddətində müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur və kursları uğurla bitirən şəxslərin məşğulluğuna da dəstək göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti