...

Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi önəmlidir - Adil Kərimli

Cəmiyyət Materials 28 Fevral 2023 10:55 (UTC +04:00)
Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi önəmlidir - Adil Kərimli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılması önəmlidir. Bu, çox zəruri və əhəmiyyətli məsələdir.

Trend xəbər verir ki, bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu gün Milli Məclisdə keçirilən dinləmələrdə deyib.

"Qısa zaman ərzində mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili ilə məşğul olmuşuq. Artıq təyinatımdan iki ay keçib, bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri, infrastruktur, kadr potensialı ilə bağlı təhlil mərhələsindən keçməkdəyik. Problemlərlə daha yaxından tanış oluruq. İnstitutsional səviyyədə problemləri gördükcə kifayət qədər bu sahədə çoxlu qüsurların mövcud olduğunun şahidi oluruq. Mədəniyyət sahəsinə hökumət tərəfindən hər zaman xüsusi diqqət və qayğı var", - deyə A.Kərimli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti